Yığmamızın Qazaxıstan gəliri

14 May 2017 18:48 Boks 1 002
Yığmamızın Qazaxıstan gəliri

Qazaxıstanın Çimkənt şəhərində yeniyetmə boksçular arasında beynəlxalq turnir keçirilib. Sportinfo.az xəbər verir ki, yarışda Azərbaycan millisi də iştirak edib. Baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında turnirə yollanan komandamız vətənə 4 medalla qayıdıb.

Boksçularımızdan Maqsud Xasmetov (46 kq), Elşən Cəbizadə (54 kq), Rüfət Nəbiyev (66 kq) və Adir Vəliyev (80 kq) bürünc mükafat qazanıblar. Yarışda Elxan Əsədov ölkəmizi hakim kimi təmsil edib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?