Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan yığmasının heyəti

4 May 2017 19:24 Boks 732
Beynəlxalq turnirdə iştirak edəcək Azərbaycan yığmasının heyəti

Qazaxıstanın Çimkənt şəhərində mayın 8-də start götürəcək beynəlxalq turnirdə iştirak edəcək boks üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. Azərbaycan Boks Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, 4 gün davam edəcək yarışda yığmanın 13 üzvü mübarizə aparacaq. Qazaxıstana mayın 7-də yollanacaq yığma 5 gün sonra vətənə dönəcək. Elxan Əsədov isə Azərbaycanı hakim kimi təmsil edəcək.

Baş məşqçi Vaqif Kazımov və məşqçi Vüqar Məmmədovun rəhbərliyi altında Çimkəntə yollanan komandanın heyətində Maqsud Xasmetov (46 kq), Rüfət Fətullayev (48 kq), Cəlal Qurbanov (50 kq), Əzrək Bəbirov (52 kq), Elşən Cəbizadə (54 kq), Elmir Novruzov (57 kq), Rüfət Mustafazadə (60 kq), Səlim Səlimov (63 kq), Rüfət Nəbiyev (66 kq), Cahid Qurbanov (70 kq), Amri Novruzov (75 kq), Adir Vəliyev (80 kq) və Vüqar Səmədov (+85 kq) yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti