Vladimir Kliçkonu məğlub etdikdən sonra Tayson Fyuriyə meydan oxuyan Entoni Coşuaya cavab çox gecikməyib. Sportinfo.az xəbər verir ki, uzun müddətdi döyüşməyən Tayson Coşuanı tək qolu belinə bağlı olduğu haldaykən belə, məğlub edə biləcəyini deyib.
Fyuri peşəkar rinqdə son döyüşünü 2015-ci il noyabrın 25-də keçirib. 28 yaşlı boksçu Almaniyanın Düsseldorf şəhərində baş tutan döyüşdə Coşuanın nokautla qalib gəldiyi Kliçkonu məğlub etmişdi: “Coşuanı məşq etmədən, tək əlimlə döyərəm. Onun Kliçko ilə döyüşünə baxdım.
Yaxşı döyüşdü, çox əyləndim və ona dəstək verən şüarlar səsləndirdim. Geriyə tək böyük döyüş qaldı. O da mənimlə Coşuanın döyüşü. Dünyanın rinqdə ən çox görmək istədiyi döyüşçü mənəm. Coşuaya peşəkar boksda ilk məğlubiyyəti mən yaşadacam”.

