Boks üzrə superağır çəkidə keçmiş dünya çempionu Evander Holifildin oğlu Elayya Holifild narkotik maddə saxlama ittihamı ilə həbs olunub. Sportinfo.az xəbər verir ki, ABŞ-ın Corciya ştatı universitetinin polisi onu mayın 1-də saxlayıb. Oğul Holifildin marixuana və narkotik maddələrin istifadəsi ilə əlaqədar predmetlər saxladığı bildirilir.
Tezliklə o, girov müqabilində azadlığa buraxılıb. Elayya Holifild Amerikan futbolu üzrə universitet komandasında çıxış edir. Ştatın qaydalarına əsasən, o, ilk qayda pozuntusu səbəbindən 1 oyunluq diskvalifikasiyaya məruz qalacaq.

