"Qəbələ"lilər Antalyadakı dünya çempionatında qələbə qazandı

28 Mart 2017 00:00 Boks 809
"Qəbələ"lilər Antalyadakı dünya çempionatında qələbə qazandı

“Qəbələ”nin və Azərbaycan yığmasının MMA döyüşçüləri növbəti uğura imza atıb. Sportinfo.az xəbər verir ki, idmançılarımız Türkiyənin Antalya şəhərində keçirilən WMMAF dünya çempionatında qələbə qazanıblar.

Yarışda “Qəbələ”ni təmsil edən Bəxtiyar Abbasov (90 kq), Nəriman Abbasov (70 kq) və Hüseyn Əliyev (77 kq) yarışı fəxri kürsünün ən yüksək pilləsində başa vurublar. Bəxtiyar çempion tituluna türkiyəli Murat Kemerlə döyüşdə qalib gəlməklə yiyələnib.

Nəriman həlledici döyüşdə Fransa idmançısı İv Adalbert Antibe Zanqa üzərində qələbə qazanıb. Hüseyn isə finalda türkiyəli Nurjan Tutkanı məğlub edib. Bundan başqa, idmançılarımızın yer aldığı Azərbaycan millisi komanda hesabında da 1-ci yeri tutub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?