Almaniyanın Bohum şəhərində MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə böyük beynəlxalq Kikboksinq turniri baş çatıb. “Qala turnir və böyük oyun” kimi tanınan bu yarışmaya dünyanın müxtəlif ölkələrindən yüksək səviyyəli(Mix-Fight) kikboksçular qatılıb.
Sportinfo.az missiya.az-a istinadən xəbər verir ki, 60-ya yaxın idmançının iştirak etdiyi Böyük Oyunda Azərbaycanı peşəkar kikboksçumuz, müxtəlif beynəlxalq turnirlərin qalibi, Dünya Kəmərinin sahibi Xəyal Əhmədov təmsil edib.
X.Əhmədov Almaniyanın Bohum şəhərinin ən böyük arenasında – “RuhrCongress”də təşkil olunmuş döyüşündə inamlı təsir bağışlayaraq almaniyalı rəqibi Jeroma Kock üzərində təmiz qələbə qazanıb. Ötən il Almaniyanın Vuppertal şəhərində A1WCC versiya üzrə keçirilmiş turnirdə X.Əhmədov erməni rəqibini nakauta salaraq parlaq qələbə qazanmışdı.

