"Qəbələ"li Nəriman Abbasov rusiyalı rəqibinə qalib gəldi

24 Fevral 2017 08:00 Boks 759
"Qəbələ"li Nəriman Abbasov rusiyalı rəqibinə qalib gəldi

“Qəbələ” İdman Klubunun təmsilçisi Nəriman Abbasov növbəti döyüşünü keçirib. Sportinfo.az xəbər verir ki, idmançımız MMA üzrə 59-cu beynəlxalq “Fight Nights Global” turnirində mübarizəni davam etdirib.

70,3 kq çəki dərəcəsində çıxış edən Abbasov bu mərhələdə Rusiya idmançısı Artur Zaynukovla qarşılaşıb. Rusiyanın paytaxtı Moskvadakı “Ximki Arena”da təşkil olunan döyüş idmançımızın 19-cu sınağı olub. Rəqibinə qalib gələn təmsilçimiz 16-cı qələbəsini qazanıb. Bu, Nərimana turnirin kəməri uğrunda döyüşmək hüququ verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti