Ermənistan kiqboks yığmasının üzvü Anoska Akokulyan “Qəzəbli mələk” ləqəbli Azərbaycan kiqboksçusunun qarşısından qaçıb. Sportinfo.az xəbər verir ki, Gürcüstanın paytaxtında K-1, Tay Boksinq və Kiqboksinq üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan yığmasının tərkibində Xaçmaz Azad Kiqboksinq klubunun üzvü, “Qəzəbli mələk” ləqəbli 15 yaşlı Nəzrin Əskərova da iştirak edib. Onun erməni rəqibi Anoska Akokulyan “Qəzəbli mələk”lə qarşılaşmaqdan imtina edərək özünü rüsvay eləyib. Nəticədə Nəzrin gürcüstanlı kiqboksçu ilə qarşılaşmalı olub. “Qəzəbli mələk” rəqibini böyük üstünlüklə məğlub edərək birincilik qazanıb və öz çəki dərəcəsində çempion olub.

