Sərxoş halda maşın sürən dünya çempionu həbs edildi

26 Yanvar 2017 12:48 Boks 1 014
Sərxoş halda maşın sürən dünya çempionu həbs edildi

Ümumdünya Boks Şurası (WBC), Beynəlxalq Boks Federasiyası (IBF) və Ümumdünya Boks Təşkilatı (WBO) versiyaları üzrə müxtəlif çəki dərəcələrində keçmiş dünya çempionu Oskar de la Hoyya ABŞ-ın Kaliforniya ştatının Pasadena şəhərində həbs olunub.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı məşhur idmançı toksiki sərxoşluq halında avtomobil idarə etdiyi üçün saxlanılıb və dərhal sonra həbs edilib. Boksçunu hansı cəzanın gözləməsi barədə məlumat verilmir. Bundan öncə de la Hoyya dəfələrlə psixotrop maddələrdən asılılıqla bağlı problemlərlə üzləşib və bərpa mərkəzində müalicə kursu alıb.

Oskar de la Hoyya 1992-ci ildə Barselonada keçirilmiş Olimpiya Oyunlarının qalibidir və öz dövrünün ən güclü boksçularından biri olub. Peşəkar rinqdə keçirdiyi 45 döyüşün 39-da qalib gəlib ki, bunlarıln 30-nu nokautla başa çatdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?