"Bakı-2015" In qalibinə 3 maddə üzrə ittiham irəli sürüldü

26 Yanvar 2017 09:36 Boks 815
"Bakı-2015" In qalibinə 3 maddə üzrə ittiham irəli sürüldü

"Bakı-2015" I Avropa Oyunlarında qızıl medal qazanmış irlandiyalı boksçu Maykl OReyli məhkəmə qarşısına çıxıb. Sportinfo.az xəbər verir ki, 75 kq çəkidə çıxış edən boksçuya 3 maddə üzrə ittiham irəli sürülüb. 24 yaşlı idmançının ötən ilin aprelində Ballibeq və Litltaun şəhərlərində içkili halda ictimai asayişi pozmaqda, ətrafdakıları təhqir etməkdə və hədələməkdə ittiham olunur.

Məhkəmənin hökmü ilə o, 500 avro müqabilində zaminə buraxılıb. Lakin idmançı yaşadığı Litltaun şəhərini tərk edə bilməyəcək. Növbəti məhkəmə prosesi martın 7-nə təyin olunub. Maykl OReyli "Bakı-2015"in finalında azərbaycanlı boksçu Xaybula Musalova qalib gəlib.

Həmin il dünya çempionatının bürünc mükafatına sahib çıxan irlandiyalı boksçu 2016-cı il Rio-de-Janeyro-Yay Olimpiya Oyunlarında mübarizəyə dopinq-testinin müsbət nəticə verməsi səbəbindən buraxılmayıb. Olimpiadada 75 kq çəkidə bürünc medalı Azərbaycan təmsilçisi Kamran Şahsuvarlı qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti