QƏTL CİNAYƏTİ - Avropa çempionu və qardaşı həbs olundu

24 Yanvar 2017 17:48 Boks 970
QƏTL CİNAYƏTİ - Avropa çempionu və qardaşı həbs olundu

Rusiyada boks üzrə ikiqat Avropa çempionu İqor Alborov həbs olunub. Sportinfo.az xəbər verir ki, bu barədə Çerkessk məhkəməsi qərar verib. O, iki nəfərin ölümündə təqsirli bilinib. Avropa çempionu ilə yanaşı, onun qardaşı Alan Alborov da həbs olunub. Hər iki şəxs barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib.

Alborov yeniyetmə və gənclər arasında iki dəfə Avropa çempionu olub. Qətl hadisəsi 2016-cı ilin noyabrında baş verib. Qardaşlar 30 yaşlı Alan Qoyayev və onun 70 yaşlı atası Aleksandr Qoyayevə Cənubi Osetiya ərazisində ölən qohumlarının qisasını almaq üçün hücum etdiklərini bildiriblər. Çoxsaylı bıçaq xəsarəti alan A.Qoyayevin meyiti yaşadığı evin pilləkənlərində, atasının cəsədi isə mənzildə tapılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti