Azərbaycan yığmasında baş məşqçinin köməkçiləri müəyyənləşdi

19 Yanvar 2017 10:24 Boks 863
Azərbaycan yığmasında baş məşqçinin köməkçiləri müəyyənləşdi

Boks üzrə böyüklərdən ibarət Azərbaycan yığmasının məşqçiləri müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bu barədə federasiyanın baş katibi Nağı Səfərov məlumat verib. Onun sözlərinə görə, yığmanın yeni baş məşqçisi Leonid Layinskiyə Nəriman Abdullayev və Lazzaro Martines Ximenese kömək edəcək:

"Artıq ukraynalı məşqçi öz işinin icrasına başlayıb. Yanvarın 25-də ölkə çempionatı keçiriləcək. Fevralın 1-də isə artıq yığma komandanın toplanışı start götürəcək. Hazırlıqlar federasiyanın idman zalında olacaq".

Bir müddət əvvəl ukraynalı Leonid Layinski boks üzrə Azərbaycan yığmasına baş məşqçi təyin olunub. O, Pedro Roqu əvəzləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti