Onların döyüşünə 80 min biletin satıldığı bildirilir

17 Yanvar 2017 13:48 Boks 915
Onların döyüşünə 80 min biletin satıldığı bildirilir

2017-ci ilin aprel ayının 29-da “Uembli” stadionunda rekord qırılacaq. Sportinfo.az xəbər verir ki, həmin gün “Uembli” tarixi ərzində ən çox azarkeşi qəbul edəcək. Ancaq rekord futbol oyununda yox, boks qarşılaşmasında qırılacaq.

Aprelin 29-da “Uembli”də ukraynalı Vladimir Kliçko ilə britaniyalı Entoni Çoşua arasında IBF, WBA və IBO versiyaları üzrə dünya çempionluğu uğrunda döyüş keçiriləcək. Artıq bu döyüş üçün 80 min biletin satıldığı bildirilir. Təşkilatçılar hesab edirlər ki, aprel ayına qədər daha 5 min bilet satılacaq. Coşua peşəkar rinqdə 18 döyüş keçirib və hamısında qalib gəlib. Kliçko isə 64 döyüşün 4-də məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!