Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq boks turnirinə yekun vurulub. Sportinfo.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə keçirilən yarışda 15 ölkədən 100-dən artıq kişi və qadın boksçu qüvvəsini sınayıb.
Turnirdə mübarizə aparan Azərbaycan yığması vətənə 5 medalla dönüb. Komandamızın heyətində Pərviz Bağırov (69 kq) finala kimi irəliləyib və gümüş medalla kifayətlənib. Onun komanda yoldaşı Rüstəm Umudov (56 kq) yarışı 3-cü pillədə başa vurub.
Digər 3 medalı isə qadın boksçularımız qazanıblar. Həmyerlilərimizdən Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) bürünc medala yiyələniblər. Fuad Aslanov turnirdə ölkəmizi hakim kimi təmsil edib.

