"Qəbələ"li Nəriman Abbasov Moskvadan qələbə ilə döndü - FOTO

30 İyul 2017 11:02 Boks 798
"Qəbələ"li Nəriman Abbasov Moskvadan qələbə ilə döndü - FOTO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Nəriman Abbasov növbəti döyüşünü keçirib. Sportinfo.az xəbər verir ki, idmançımız Rusiyanın paytaxtı Moskvada təşkil olunan MMA üzrə “Fight Night Global 71” turnirində qüvvəsini sınayıb.

Yüngül çəki dərəcəsində (70,3 kq) çıxış edən Abbasov Rusiya təmsilçisi Dmitri Qorobetslə qarşılaşıb. Üç raund davam edən döyüş Nərimanın üstünlüyü şəraitində keçib və idmançımız hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bu, Nəriman Abbasovun 20-ci döyüşdə 17-ci qələbəsi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti