Dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşdi

25 İyul 2017 14:24 Boks 788
Dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşdi

Boks üzrə kişilər arasında 2019-cu və 2021-ci illərdə keçiriləcək dünya çempionatlarının təşkil ediləcəyi yer müəyyənləşib. Sportinfo.az xəbər verir ki, bununla bağlı qərar Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) Moskvada baş tutan İcraiyyə Komitəsinin iclasında verilib.

DÇ-2019-un ev sahibliyi Rusiyaya verilib. Yarış Soçi şəhərində baş tutacaq. 2021-ci ildə keçiriləcək çempionat isə Hindistanın paytaxtı Dehlidə olacaq. Bu şəhər həm də qadınlar arasında keçiriləcək DÇ-2018-ə ev sahibliyi edəcək

2019-cu ildə isə qadın idmançıların yarışı Türkiyənin Trabzon şəhərində təşkil olunacaq. Bu il keçiriləcək mundial 25 avqust – 3 sentyabrda Almaniyanın Hamburq şəhərində reallaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?