Azərbaycanın qadın boksçuları Dağıstanda 3 medal qazandı

24 İyul 2017 00:00 Boks 852
Azərbaycanın qadın boksçuları Dağıstanda 3 medal qazandı

Dağıstanda kişi və qadın boksçular arasında beynəlxalq turnir keçirilib. Sportinfo.az xəbər verir ki, yarışda qadın boksçulardan ibarət Azərbaycan millisinin üzvləri də güclərini yoxlayıblar.

"Rabitə" klubunun heyətində çıxış edən xanım idmançılarımız turniri 1 qızıl və 2 bürünc medalla başa vurublar. Belə ki, millimizin liderlərindən Məryəm Cəbrayılova bütün rəqiblərindən güclü olub.

69 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz həlledici görüşdə yerli idmançıya qalib gəlməklə, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yarımfinala kimi irəliləyən Viktoriya İsmayılova və Aytən Rzayeva (hər ikisi 51 kq) isə bürünc medalla kifayətləniblər.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?