FOTO - "Qəbələ"li Zamiq Atakişiyev nokautla qalib gəldi

9 İyul 2017 11:41 Boks 756
FOTO - "Qəbələ"li Zamiq Atakişiyev nokautla qalib gəldi

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Zamiq Atakişiyev peşəkar rinqdə növbəti döyüşünü keçirib. Sportinfo.az xəbər verir ki, 31 yaşlı idmançımızın peşəkarlar arasındakı 4-cü sınağı Rusiyanın Maqnitoqorsk şəhərində baş tutub.

O, İvan Romazan adına İdman sarayında təşkil olunan boks gecəsində qüvvəsini sınayıb. Ağır çəki kateqoriyasında çıxış edən Atakişiyev reytinq döyüşündə Latviya təmsilçisi Edqars Kalnars ilə qarşılaşıb.

Boksçumuz emosional və baxımlı alınan döyüşün ilk saniyələrindən üstünlüyü ələ alıb. Artıq 1-ci raundda onun zərbəsindən sonra rəqib rinqə yıxılsa da, özündə güc taparaq ayağa qalxıb. Lakin Zamiqin güclü zərbələri latviyalı idmançının döyüşü başa çatdırmasına imkan verməyib.

İkinci raundda təmsilçimiz texniki nokautla qələbə qazanıb. Beləliklə, 6 raund davam etməli olan görüş 2-ci hissədə başa çatıb. Bunadək peşəkar rinqdə 3 döyüş keçirən Atakişiyev bütün görüşlərdə qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti