Məhəmməd Əli ilə döyüşən hokkeyçi Deyv Semenko öldü

1 İyul 2017 11:12 Boks 735
Məhəmməd Əli ilə döyüşən hokkeyçi Deyv Semenko öldü

Tanınmış kanadalı hokkeyçi Deyv Semenko vəfat edib. Sportinfo.az xəbər verir ki, Ukrayna əsilli idmançı 60 yaşında uzun müddət mübarizə apardığı xərçəng xəstəliyindən dünyasını dəyişib.

O, uzun müddət “Edmonton Oylerz” klubunda məşhur hücumçu Ueyn Qretski ilə birgə çıxış edib. Milli Hokkey Liqasında (LNH) 575 oyun keçirən D.Semenko “Hartford Ueylerz” və “Toronto Meypl Lifs” komandalarının da şərəfini qoruyub.

Kanadalı hokkeyçi 1983-cü il iyunun 12-də əfsanəvi boksçu Məhəmməd Əli ilə üç raundluq döyüş keçirməsi ilə də tanınır. Həmin vaxt görüş heç-heçə başa çatsa da, mətbuatda M.Əlinin hokkeyçi ilə ciddi şəkildə vuruşmadığı, rəqibi ilə oynadığı yazılıb.

Deyv Semenko Dünya Hokkey Assosiasiyasında (WHA) sonuncu qolun müəllifi kimi tarixə düşüb. Bundan sonra WHA LNH-ya çevrilib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti