K-1 üzrə dünya çempionu, "Mauqli" ləqəbli Zabit Səmədov 33 yaşını qeyd edib. Sportinfo.az xəbər verir ki, yaxın dostları təbrik yağışına tutub. Onlardan biri də Çeçenistanın üçüncü prezidenti Ramzan Kadırov olub:
"Dünyaca məşhur kik-boks üzrə çempionlardan biri olan əziz qardaşım Zabit Səmədovun doğum günüdü. O, parlaq qələbələri ilə öz adını həmişəlik dünya idman tarixinə həkk edib. Zabir çoxqat dünya çempionu, Avropa və beynəlxalq yarışların, o cümlədən Qran Prinin sahibidi.
Səmədov "Əhməd" Çeçen Respublikası klubunu ləyaqətlə təmsil edir. Onun sərt və kəskin xarakteri var. Əminəm ki, qardaşım hələ çox qələbələrə imza atacaq. Zabit, sənə sağlam ömür, müvəffəqiyyət və uğur arzu edirəm". Qeyd edək ki, Zabit Səmədov ötən gün ad gününü paytaxt restoranlarının birində qeyd edib

