"Qəbələ"li Alim 3 raunda böyük Çin səddini aşdı - FOTO

26 İyun 2017 12:12 Boks 641
"Qəbələ"li Alim 3 raunda böyük Çin səddini aşdı - FOTO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun döyüşçüsü Alim Nəbiyev növbəti qələbəsini qazanıb. Sportinfo.az xəbər verir ki, təmsilçimiz 2017-ci ildə ilk döyüşünü Çində keçirib. Alim kikboksinq üzrə “Kunlun Fight” turnirinə uğurla start verib.

O, çinli Çanq Yanqla qarşılaşıb. İdmançımız hər üç raundda rəqibindən üstün olduğu döyüşdən 30:27 hesablı qələbə ilə ayrılıb. Bununla da Nəbiyev “Kunlun Fight”ın dünya çempionu titulu uğrunda növbəti turnirdə mübarizə aparmaq imkanı qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti