Nyu-Yorkda qaydasız döyüş üzrə “Bellator 180” turniri keçirilib. Sportinfo.az xəbər verir ki, turnirdə diqqət çəkən məqam əfsanəvi rusiyalı döyüşçü Fyodr Yemelyanenkonun iştirakı olub.
Ancaq turnir Yemelyanenko üçün uğursuz alınıb. O, amerikalı Mett Mitriona texniki nokautla məğlub olub. İlk hissədə tərəflər bir-birini qarşılıqlı noqdauna göndərib. Amma amerikalı idmançı özünə daha tez gəlib.
Nəticədə hakim 74-cü saniyədə qarşılaşmanı dayandıraraq, Mitrionun qələbəsini elan edib.Fyodr karyerası ərzində 41 döyüş keçirib. 40 yaşlı idmançı 36 döyüşdə qalib gəlib, 5-ində isə məğlub olub.

