Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazandı

24 İyun 2017 00:46 Boks 686
Azərbaycan boksçusu Avropa çempionatının finalına vəsiqə qazandı

Ukraynanın Xarkov şəhərində kişi boksçular arasında keçirilən Avropa çempionatında yarımfinal görüşləri başa çatıb. Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı bu mərhələdə macarıstanlı Zoltan Harcsa ilə qarşılaşıb.

75 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız növbəti döyüşdən də qalib ayrılıb. O, Harcsanı 4:1 hesabı ilə məğlub edib. Şahsuvarlı sabah baş tutacaq finalda ukraynalı Aleksandr Xijnyakla üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti