FOTO - Azərbaycan yığmasınıın daha 2 boksçusunun Avropa çempionatındakı ilk rəqibi bilindi

17 İyun 2017 16:12 Boks 860
FOTO - Azərbaycan yığmasınıın daha 2 boksçusunun Avropa çempionatındakı ilk rəqibi bilindi

Ukraynanın Xarkov şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 2 boksçusunun ilk rəqibi dəqiqləşib. Sportinfo.az xəbər verir ki, 64 kq çəki dərəcəsində rinqə çıxacaq Lorenzo Sotomayor 1/8 finalda Vahid Hambli (Fransa) ilə gücünü yoxlayacaq.

Olimpiya mükafatçısının rəqibinin adı yarışın startı günü məlum olub. 1/16 finalda Fredi Çiobanunu (Rumıniya) 5:0 hesabı ilə məğlub edən fransalı boksçu mərhələ adladığından, 1/8 finalda Sotomayorla qarşılaşacaq. İlk mərhələdən azad olan kubalı legioner Çiobanu ilə iyunun 19-da döyüşəcək.

91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparacaq Məhəmmədrəsul Məcidov isə 1/8 finalda Petar Belberovla (Bolqarıstan) üz-üzə gələcək. 2 qat dünya çempionunun rəqibinin adına 1/16 final döyüşündən sonra aydınlıq gəlib. Aleksandr Kaleyevi (Belarus) mübarizədən kənarlaşdıran bolqarıstanlı boksçu ilk mərhələdən azad olan Məcidovla qarşılaşmaq hüququ əldə edib. Bu görüş də iyunun 19-da olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:20 Braziliya 7:0 qazandı
18 Noyabr 16:10 Çək və bizə göndər!
18 Noyabr 07:50 Bu, bizə düşərlidirmi?
18 Noyabr 03:20 3:1-i necə qazanmışıq?