Azərbaycan yığmasının Avropa çempionatındakı ilk rəqibləri bəllidi

16 İyun 2017 18:24 Boks 687
Azərbaycan yığmasının Avropa çempionatındakı ilk rəqibləri bəllidi

Ukraynanın Xarkov şəhərində keçiriləcək boks üzrə Avropa çempionatının püşkü atılıb. Sportinfo.az xəbər verir ki, 40 ölkədən 258 idmançının qatılacağı yarışda Azərbaycan yığmasının üzvlərinin rəqibləri müəyyənləşib. 2-si 1/16 finaldan, 8-i 1/8 finaldan mübarizəyə qoşulacaqlar.

“Lokomotiv” İdman Sarayında təşkil olunacaq çempionatda iyunun 21-də 1/4 final mərhələsinin görüşləri keçiriləcək. Ardınca 1 gün istirahət edəcək boksçular yarımfinal qarşılaşmalarına çıxacaqlar. Bu görüşlər iyunun 23-nə təsadüf edəcək. Yarışın son günündə – iyunun 24-də isə qaliblərin adları bilinəcək.

18 iyun

1/16 final. Cavid Çələbiyev (60 kq) - Edqaras Skurdelis (Litva)
1/16 final. Eldar Quliyev (81 kq) – Müslim Hacımaqomedov (Rusiya)

19 iyun
1/8 final. Məsud Yusifzadə (49 kq) – Nazar Kurotçin (Ukrayna)
1/8 final. Elvin Məmişzadə (52 kq) – İstvan Şaka (Macarıstan) / Manuel Fabritsio Kappai (İtaliya) cütünün qalibi
1/8 final. Lorenzo Sotomayor (64 kq) – Vahid Hambli (Fransa) / Fredi Çiobanu (Rumıniya) cütünün qalibi
1/8 final. Pərviz Bağırov (69 kq) – Anas Messaudi (Belçika) / Simyon Çamov (Bolqarıstan) cütünün qalibi
1/8 final. Məhəmmədrəsul Məcidov (+91 kq) – Aleksandr Kaleyev (Belarus) / Petar Belberov (Bolqarıstan) cütünün qalibi

20 iyun
1/8 final. Tayfur Əliyev (56 kq) - Severlan Çiladze (Gürcüstan) / Antoni Ceyms Uolker (İrlandiya) cütünün qalibi
1/8 final. Kamran Şahsuvarlı (75 kq) – Bartoş Qolebiyevski (Polşa) / Emmet Brennan (İrlandiya) cütünün qalibi
1/8 final. Abdulqadir Abdullayev (91 kq) – Şott Antoni Forrest (Şotlandiya) / Zoran Radiç (Serbiya) cütünün qalibi

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti