Bu gün kişi boksçular arasında 43-cü Avropa çempionatına start veriləcək. Sportinfo.az xəbər verir ki, Ukraynanın Xarkov şəhərində keçiriləcək qitə birinciliyində Azərbaycan millisi 10 idmançı ilə təmsil olunacaq.
İyunun 26-dək davam edəcək yarış millimizin tarixinə 13-cü Avropa çempionatı kimi düşəcək. Belə ki, 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilən analoji yarışdan başlayaraq qitə çempionatlarının daimi iştirakçısına çevrilən komandamız 12 turniri arxada qoyub.
Bu müddətdə idmançılarımız 4 qızıl, 6 gümüş və 8 bürünc medal əldə ediblər. 12 çempionatda 18 mükafat qazanan yığmamız son 4 yarışda medalsız qalmayıb.

