Xarkovda keçiriləcək boks üzrə Avropa çempionatına yollanan Rusiya nümayəndə heyətinin 8 üzvü Ukraynaya buraxılmayıb. Sportinfo.az xəbər verir ki, giriş icazəsi ala bilməyənlər arasında boksçu Georgi Kuşitaşvili də var.
Qalan şəxslər federasiyanın mətbuat katibi, iki jurnalist və bir neçə azarkeş olub. Səbəb kimi onların əvvəllər Krıma səfər etmələri göstərilib. Ukraynaya buraxılmayanların hamısı Rusiyaya qayıdacaqlar.
Avropa çempionatı iyunun 16 - 26-da keçiriləcək. Georgi Kuşitaşvilinin 81 kq çəki dərəcəsində çıxış etməsi nəzərdə tutulurdu.

