Millinin baş məşqçisi: “Onların sabahına böyük ümid bəsləyirik”

11 İyun 2017 09:31 Boks 792
Millinin baş məşqçisi: “Onların sabahına böyük ümid bəsləyirik”

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vaqif Kazımov “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinə hazırlığını dəyərləndirib. Sportinfo.az xəbər verir ki, o, iyunun 11-14-də Naxçıvanda keçiriləcək yarışda 2 komandanın heyətində rinqə çıxacaq hər bir idmançı özünü yaxşı tərəfdən göstərməyə çalışacağını deyib:

“Komandamızda hazırlıq yüksək səviyyədə davam edir. Təxminən fevraldan birgə məşqlərə başlamışıq. Heyətdə yer alan hər bir boksçunun sabahına böyük ümidlər bəsləyirik. Naxçıvanda keçiriləcək “Heydər Əliyev kuboku-2017”də məqsədimiz uğurlu nəticə əldə etməkdir.

Əsasən yüngül çəki dərəcələrində daha güclü olacağımızı düşünürəm. Bu turnirdə heyəti nəzərdən keçirib, təcrübə toplamaq istəyirik. Çünki hazırlıq və turnirlərdə iştirak Avropa birinciliyində uğurlu iştiraka hesablanıb”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti