Naxçıvanda boks üzrə “Heydər Əliyev Kuboku-2017” keçiriləcək

8 İyun 2017 16:48 Boks 948
Naxçıvanda boks üzrə “Heydər Əliyev Kuboku-2017” keçiriləcək

İyunun 11-də Naxçıvanda yeniyetmə oğlan boksçular arasında Beynəlxalq “Heydər Əliyev Kuboku-2017” turnirinə start veriləcək. Sportinfo.az xəbər verir ki, yarışda təşkilatçı ölkə ilə yanaşı, Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna və Özbəkistan yığmaları iştirak edəcək.

İyunun 14-də başa çatacaq turnirdə 100-dək boksçu 13 dəst medal uğrunda mübarizə aparacaq. Avropa birinciliyinə hazırlaşan Azərbaycan millisi Naxçıvandakı yarışa baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 2 komanda ilə qatılacaq. 2001-2002-ci il təvəllüdlü boksçulardan təşkil olunacaq yığmalar Naxçıvana iyunun 10-da yollanacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti