Yığmamız növbəti qitə çempionatına Xarkovda hazırlaşacaq

24 May 2017 19:24 Boks 666
Yığmamız növbəti qitə çempionatına Xarkovda hazırlaşacaq

Sabah kişi boksçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışına start veriləcək. Sportinfo.az xəbər verir ki, hazırlıq iyunun 14-26-da Ukraynanın Xarkov şəhərində keçiriləcək Avropa çempionatına hesablanıb.

Boks Mərkəzində gündə 2 dəfə olacaq məşqlərdə 25 boksçu iştirak edəcək. Bakıda başlayacaq toplanış iyunun 3-də yekunlaşacaq. Ardınca millinin heyəti dəqiqləşəcək və iyunun 4-də Ukraynaya yola düşəcək. Boksçularımız Avropa çempionatına hazırlığı yarışa ev sahibliyi edəcək Xarkovda başa vuracaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti