"Qəbələ"li: "Hər kəs məndən..."

23 May 2017 11:36 Boks 776
"Qəbələ"li: "Hər kəs məndən..."

“Hər kəs məndən qızıl medal gözləyirdi. Lakin İran Çindən sonra bu idman növündə dünyada ikinci yerdə gedir” - Sportinfo.az” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında IV İslam Həmrəyliyi Oyunlarının uşu-sanda idman növü üzrə yarışlarda bürünc medal qazanan Pərviz Abdullayev deyib.

"Qəbələ"li bildirib ki, birinci döyüşdə Türkmənistan idmançısını ilk raundda, ardınca güclü türk idmançısına qalib gəlib: “Təəssüf ki, yarımfinal görüşündə iranlı idmançıya məğlub oldum. O da bu idman növü üzrə dünya çempionu idi. Çox ağır döyüş keçdi. Güləş fəndində ona məğlub oldum”.

Abdullayev həmçinin xatırladıb ki, uşu-sanda idman növü onun ilk məşğul olduğu idman növü olub: “Daha sonra kik-boksinqlə məşğul oldum. Kik-boksinq idman növündə beş qat dünya çempionuyam. Son 8 ayda uşu-sanda idman növü ilə yenidən məşğul oldum. İslamiadada üçüncü yerə çıxdım. Kik-boksinqi dayandırmamışam.

Hər iki idman növü üzrə döyüşlərimi davam etdirirəm. Uşu-sanda idman növü üzrə qarşıda tələbələrin universiadası var. Eyni zamanda, sentyabr ayında dünya çempionatı da var. Hər iki yarışda da döyüşəcəm. Artıq dünən kik-boksinqlə bağlı dəvət almışam. İyun ayının sonlarında Çinin Sanya şəhərində yarış olacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti