Yığmamızın üzvü Türkiyədə xəstəliyə yoluxdu - VİDEO

28 Noyabr 2020 09:40 Bizimkilər 611
Yığmamızın üzvü Türkiyədə xəstəliyə yoluxdu - VİDEO

Türkiyə Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” doğma meydanda “Kahramanmaraşspor”la qarşılaşıb.

Üç qolun qeydə alındığı matçda sevinən tərəf Bolu təmsilçisi olub. 2:1 hesablı qələbə “Boluspor”u növbəti mərhələyə daşıyıb.

Araz bu görüşün iştirakçısı olmayıb. Əksər komanda yoldaşları kimi, onda da koronavirusa simptomları aşkarlanıb.

Abdullayevin sonuncu çempionat matçında da forma geyinməməsinin və millinin toplanışına dəvət almamasının səbəbi də budur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti