Azərbaycanlı futbolçu Ukrayna Premyer Liqasında çıxış edəcək

7 İyun 2024 02:00 Bizimkilər 1 148
Azərbaycanlı futbolçu Ukrayna Premyer Liqasında çıxış edəcək

Azərbaycanın U-21 yığmamızın sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi "Obolon" Ukrayna Premyer Liqasında qalmağı bacarıb.

Sportinfo.az xəbər verir ki, həmyerlimizin komandası "Levıy Bereq"lə cavab görüşündə 1:1 oynayıb.

Bu isə "Obolon"un yüksək liqada qalmasına kömək olub.

Çünki Nağıyevin komandası ilk matçda rəqibini 1:0 məğlub etmişdi.

"Obolon" başa çatan mövsümü Premyer Liqada 14-cü pillədə başa vurmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO