“Qara siyahı”da yer alanlardan biri də Mahir Emrelidir

1 Yanvar 2024 13:34 Bizimkilər 2 128
“Qara siyahı”da yer alanlardan biri də Mahir Emrelidir

“Dinamo” Azərbaycan millisinin futbolçusu Mahir Emreliyə komanda axtarır.

Sportinfo.az-ın yerli mətbuata istinadən məlumatına görə, Zaqreb təmsilçisi 26 yaşlı hücumçunun çıxışından məmnun deyil.

Baş məşqçi Sergey Yakiroviç bir neçə futbolçunun onun oyun fəlsəfəsinə uyğun olmadığını düşünür ki, onların bəzilərinin qış, bəzilərinin isə yay fasiləsində yola salınmasının tərəfdarıdır.

Bosniya və herseqovinalı mütəxəssisin “qara siyahı”sında yer alan futbolçulardan biri də Mahir Emrelidir.

Vahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti