Musa Qurbanlı yenə iştirak ərizəsinə daxil edilmədi

17 May 2024 09:00 Bizimkilər 1 453
Musa Qurbanlı yenə iştirak ərizəsinə daxil edilmədi

İsveç çempionatında 9-cu turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” səfərdə "Brommapoykarna" ilə qarşılaşıb.

Matç "Yurqorden"in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Musa bu oyunda iştirak etməyib. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Yurqorden” hazırda turnir cədvəlində 19 xalla 2-cidir. Komanda lider "Malmö"dən 5 xal geri qalır.

"Brommapoykarna" - "Yurqorden" 0:5

Qollar: Tobias Gulliksen, 3, Deniz Hümmet, 53, 57, 85-pen, Kol Nquen, 80

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!