Rusiyanın hansı klubu Ramil Şeydayevini istəyir?

10 Yanvar 2024 03:00 Bizimkilər 1 378
Rusiyanın hansı klubu Ramil Şeydayevini istəyir?

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin "Buriram Yunayted"dən ayrılmaq qərarına gəlməsi haqda xəbər vermişdik.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Taylanddan ayrılmaq niyyətində olan futbolçunun Rusiyaya yollanmaq ehtimalı da ortaya çıxıb.

Belə ki, Türkiyə klublarına keçidi gündəmdə olan Şeydayevə Rusiya Premyer Liqasından təklif gəlib.

Belə ki, ölkə çempionatında 7-ci pilləsində qərarlaşan “Rubin” Şeydayevin xidmətində maraqlıdır. Mahir Emrelini də transfer etmək istəyən Kazan təmsilçisi Şeydayevə görə hərəkət keçib.

“Rubin”in baş məşqçisi Rəşid Rəhimov Ramili də sərəncamında görmək istəyir.

O, 2015-ci ildə “Zenit”də oynayarkən “Rubin”ə icarəyə verilib. 27 yaşlı forvard karyerası ərzində “Zenit”, “Trabzonspor”, “Jilina”, “Qarabağ”, “Krılya Sovetov”, “Dinamo”(Moskva), “Sabah” komandalarında oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda