“Ermənistanla məsələlərin sülh yolu ilə həllini istəyirik” - Prezidentin köməkçisi

17 Sentyabr 2023 07:40 Bizimkilər 1 377
“Ermənistanla məsələlərin sülh yolu ilə həllini istəyirik” - Prezidentin köməkçisi

"Bakı İrəvanla mövcud məsələlərin sülh yolu ilə həllinə köklənib".

Bu fikirləri TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Azərbaycan beynəlxalq birliyin məsuliyyətli üzvüdür, həmişə öz Konstitusiyasının və beynəlxalq hüququn müddəalarına uyğun fəaliyyət göstərir:

"Biz bütün mövcud problemlərin sülh yolu ilə həllinə yönəlmişik. Ona görə də Azərbaycan nə Ermənistanla, nə də heç bir üçüncü ölkə ilə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri müzakirə edəcək.

Dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri, o cümlədən Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa beynəlxalq mexanizmlərin yaradılması mövzusunu gündəmə gətirmək cəhdləri iflasa məhkumdur”.

H. Hacıyev bildirib ki, Qarabağ Azərbaycanın daxili məsələsidir və buna etiraz etmək cəhdi regionda davamlı sülhə nail olmaq baxımından əks təsir verir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı