COP29

"Qalatasaray"la matçda seyv etdi, adanalılar arxasında dayandı - Müqaviləsini artırın

29 Aprel 14:40 Bizimkilər 2 783
"Qalatasaray"la matçda seyv etdi, adanalılar arxasında dayandı - Müqaviləsini artırın

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Demirspor" Türkiyə Superliqasının 34-cü turunda "Qalatasaray"la qarşılaşıb.

İstanbul nəhəngi Adanada 3:0 hesablı qələbə qazanıb.

Şahruddin də bu oyunun iştirakçısı olub. 29 yaşlı kiper meydana start heyətdə çıxıb və sonadək oynayıb. O. ilk hissədə bir neçə seyvlə yadda qalıb.

Qonaqlar yalnız fasilədən sonra «Şah»ın qoruduğu qapıya yol tapa bilib. Ziyeş (53), Demirbay (64) və İkardi (90+1) fərqlənib.

"Adana Demirspor" 41 xalla 11-ci pillədə qərarlaşıb. Komandanın son uğursuzluğuna baxmayaraq, adanalı fanatlar Məhəmmədəliyevdən razıdır.

Yerli futbolsevərlər "Qalatasaray"la matçda yaxşı təsir bağışlayan qapıçının ünvanına təriflər yağdırıb. Həm onun, həm də klubun sosial şəbəkə hesablarına bununla bağlı çoxsaylı şərhlər yazılıb.

Tərəfdarlar Şahruddinə dəstək və ürək-dirək verib, rəhbərlikdən onunla yola davam etməsini, gələn ilin yayında bitəcək müqaviləsini indidən uzatmasını istəyiblər.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 May 02:50 Mariya atasız qaldı