Yığmamızın oyunçusu fasilədə əvəzləndi, səfərdə uduzdular - VİDEO

29 Aprel 2024 08:20 Bizimkilər 709
Yığmamızın oyunçusu fasilədə əvəzləndi, səfərdə uduzdular - VİDEO

Türkiyə 1-ci liqasında 32-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyəspor” “Keçiörengücü” ilə qarşılaşıb.

İstanbul təmsilçisi səfərdə baş tutan bu oyunda 2:4 hesablı məğlubiyyətə üzülüb. Coşqun start heyətdə başladığı matçın fasiləsində əvəzlənib.

“Ümraniyəspor” bu nəticədən sonra 37 xalla 13-cü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO