Ulduzlar komandasında yer alan millimizin müdafiəçisi “Atletiko”ya qol vurdu - VİDEO

28 İyul 2023 07:30 Bizimkilər 1 075
Ulduzlar komandasında yer alan millimizin müdafiəçisi “Atletiko”ya qol vurdu - VİDEO

“Daejeon”un (Cənubi Koreya) formasının geyinən Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk “Atletiko”ya qol vurub.

Sportinfo.az xəbər verir ki, o, Cənubi Koreyanın K Liqasının ulduzlarından ibarət komandanın Madrid təmsilçisinə qarşı keçirdiyi yoxlama oyununda fərqlənib.

46-cı dəqiqədə meydana daxil olan 24 yaşlı müdafiəçi 50-ci dəqiqədə komandasının ilk qolunun müəllifi olub. Onun komandası 3:2 hesabı ilə qalib gəlib.

K Liqasının Ulduzları komandası - "Atletiko" 3:2
Qollar:
Lemar, 13 (0:1), Krivotsyuk, 50 (1:1), Dominqes, 85 (1:2), Paloçeviç, 89-pen (2:2), Lee, 90+4 (3:2)

Digər Xəbərlər
Xəbər Lenti