Bolqarıstan çempionatında ikinci turun matçları keçirilir.
Sportinfo.az xəbər verir ki, Cəlal Hüseynovun formasını geyindiyi "Arda" "Beroe"nin qonağı olub.
Hüseynovun komandası bu görüşdə rəqibinə 0:1 hesabı ilə uduzub.
Millimizin üzvünün adı sənəd məsələləri həll olunmadığı üçün iştirak ərizəsinə daxil edilməyib. "Arda" isə iki turdan sonra 1 xalla 12-ci pillədədir.

