COP29

Qurbanlı İsveç kubokunu qazanmış ilk azərbaycanlı ola bilərdi - VİDEO

4 May 03:00 Bizimkilər 330
Qurbanlı İsveç kubokunu qazanmış ilk azərbaycanlı ola bilərdi - VİDEO

İsveç kubokunun final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici oyunda “Malmö” ilə Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının komandası “Yurqorden” üz-üzə gəliblər.

Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabıyla yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan “Malmö” kuboka sahib çıxıb – 4:1.

Musa final matçında sonadək ehtiyatda qalıb. “Yurqorden” finaldan qalib ayrılsa, Qurbanlı İsveç kubokunu qazanmış ilk azərbaycanlı ola bilərdi.

Digər Xəbərlər
Xəbər Lenti