Niderlandda növbəti qolunu vurdu - Yığmamızın yarımmüdafiəçisi

6 Aprel 2024 14:40 Bizimkilər 1 061
Niderlandda növbəti qolunu vurdu - Yığmamızın yarımmüdafiəçisi

Niderland birinci divizionunda 33-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə “Oss”la qarşılaşıb.

Görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər. Ozan Can da bu matçda iştirak edib.

O, meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 11-ci dəqiqədə fərqlənib. Bununla da 25 yaşlı futbolçu cari mövsümdə 11-ci qolunu vurub.

33 turdan sonra 38 xalı olan "Eyndhoven" hazırda turnir cədvəlində 20 komanda arasında 14-cüdür.

“Oss” - “Eyndhoven” 2:1

Qollar: Abel Uilliam Stensrud, 58, Artur Allemerşx, 72 - Ozan Can Kökçü, 11

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!