Azərbaycanlı hücumçu Honq Konq “Barselona”sı ilə oyunda nələr etdi? - VİDEO

27 İyul 2023 03:10 Bizimkilər 1 690
Azərbaycanlı hücumçu Honq Konq “Barselona”sı ilə oyunda nələr etdi? - VİDEO

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” (Tayland) yeni mövsümə hazırlıq çərçivəsində ikinci yoldaşlıq görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, Şeydayevin komandası Honq Konqun “Barselona”sı adlandırılan “Kitçi”ni məğlub edib (3:2).

Matça start heyətdə başlayan Şeydayev 29-cu dəqiqədə vurulan ilk qolda məhsuldar ötürmə ilə yadda qalıb.

Şeydayev “Buriram Yunayted”dəki debütünü “Utai Tani” ilə görüşdə (2:1) etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti