Yerli media azərbaycanlı legionerə “dodaq büzdü”: “Səhvlər və diqqətsizlik etdi”

28 May 2024 14:20 Bizimkilər 1 668
Yerli media azərbaycanlı legionerə “dodaq büzdü”: “Səhvlər və diqqətsizlik etdi”

Polşa mətbuatı ölkə çempionatının 34-cü turunun "Stal"la oyununda (3:2) “LKS Lodz”un azərbaycanlı müdafiəçisi Rahil Məmmədovun çıxışını qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, “Łódzki Sport” portalı milli komandamızın üzvü haqda bunları yazıb:

"Levent Gülən Rahil Məmmədovla birlikdə “LKS Lodz”un qalibiyyəti əldən verməməsi üçün əllərindən gələni etdilər.

Nə yaxşı ki, komandanın hücumçularının başqa planları var idi. Məmmədovun səhvləri və diqqətsizliyi “LKS Lodz”un qapısına iki qolla nəticələndi".

Son görüşdə Rahil Məmmədov bütün oyun meydanda olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO