Şahruddin Türkiyədə nə vaxt meydana çıxacaq?

7 Aprel 2024 16:05 Bizimkilər 1 174
Şahruddin Türkiyədə nə vaxt meydana çıxacaq?

Azərbaycan millisinin və “Adana Dəmirspor”un qapıçısı Şahruddin Məhəmmədəliyev Superliqanın 31-ci turunun “Fənərbaxça” ilə görüşündə (2:4) zədələndiyi üçün oyunu vaxtından əvvəl tərk etməli olub.

O, elə fasilədə, hesab 1:1 olarkən digər qolkiperlə əvəzlənib.

Sportinfo.az xəbər verir ki, ayağındakı şiş azaldıqdan sonra vəziyyətinin nə yerdə olduğunu bilmək üçün MRT müayinəsinə göndəriləcək.

Amma ilkin məlumata görə, Şahruddinin zədəsi o qədər də ciddi deyil. Məhəmmədəliyevin Super Liqanın növbəti turunda “Kayserispor”la görüşünə qədər hazır olacağı gözlənilir.

“Adana Demirspor” – “Kayserispor” görüşü aprelin 13-də keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!