Bu komanda yeni mövsümə Premyer Liqada başlayacaq?

31 May 2024 01:10 Bizimkilər 1 005
Bu komanda yeni mövsümə Premyer Liqada başlayacaq?

Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “Obolon” Premyer Liqada qalmaq uğrunda mübarizə aparır.

Sportinfo.az xəbər verir ki, Nağıyevin komandası pley-off görüşündə “Livyi Bereg” ilə qarşılaşıb.

İlk matçda “Obolon” rəqibi 1:0 hesabı ilə məğlub edib və Nağıyev bu matçın iştirakçısı olub.

Cavab qarşılaşması isə iyunun 2-də rəqib meydançasında baş tutacaq. Həmin görüşdə qələbə və ya heç-heçə “Obolon”un yeni mövsümə Premyer Liqada başlamasına imkan yaradacaq.

Nağıyev mövsümün əvvəlində "Obolon"la bir illik müqavilə imzalayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO