Millimizin sabiq hücumçusu paytaxt klubundan ayrıldı

2 İyun 2024 00:40 Bizimkilər 1 426
Millimizin sabiq hücumçusu paytaxt klubundan ayrıldı

Azərbaycanın U-19 və U-21 yığma komandalarının sabiq forvardı Mustafa Muhammet Yıldırım "Ankara Demirspor"un düşərgəsini tərk edib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu Türkiyə ikinci liqasında mübarizə aparan komandada qalmaq istəməyib.

O, 2027-ci il iyunun 30-na qədər müqavilə ilə məxsus olduğu "Iğdır"a qayıdıb.

Mustafanın xidmətində Azərbaycan klubları da maraqlıdır. Onun yayda Premyer Liqa komandalarımızdan birinə keçəcəyi gözlənilir.

“Alanyaspor”un yetirməsi olan forvard “İstanbulspor”, “Pazarspor”, “Çorum” klublarında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 İyun 20:00 Çək və bizə göndər!
21 İyun 01:50 5:1 - DÇ-2026-dan VDEO