Niderlandda Erediviziyanın 18-ci turu keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının vingeri Ozancan Kökçünün çıxış etdiyi "Volendam" səfərdə "Alkmaar"a 0:1 hesabı ilə məğlub olub.
Kökçü meydançaya 68-ci dəqiqədə, komandası artıq qol buraxdıqdan sonra daxil olub.
Hazırda "Volendam" 14 xalla turnir cədvəlində sondan ikinci – 17-ci pillədə qərarlaşıb.

