Azərbaycanlı futbolçu Maldiv adalarında - Altı aylıq müqavilə bağladı

02:10 Bizimkilər 225
Azərbaycanlı futbolçu Maldiv adalarında - Altı aylıq müqavilə bağladı

Ötən ili Qırğızıstanda - “Alay”da keçirmiş, ötən həftə Maldiv adalarından “Maziya” ilə müqavilə bağlamış Nazim Məmmədzadə sportal.az-a açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Qırğızıstanda qalmamasına və yeni komandasına keçməsinə bu cür münasibət bildirib:

"Qırğızıstan çempionatı bitdikdən sonra agentim mənə zəng etdi və bu cür təklif olduğunu bildirdi. Maldiv adalarında futbolun səviyyəsi pis deyil.

Sadəcə, bütün komandalar eyni stadionda oynayır. Bəli, artıq Maldiv adalarındayam və komandamın heyətində oyuna da çıxmışam.

Hamı ilə tanış olmuşam. Baş məşqçi ispandır. Mən də ispan dilini bildiyimə görə rahat ünsiyyət qururuq.

Komandanın şəraitinə gəldikdə, normaldır, süni örtülü meydançalarımız var, orada məşq edirik.

Altı aylıq müqaviləm var. Əslində, başqa klublardan təkliflərim oldu, amma sonda Maldiv adaları variantının üzərində qaldıq".

Digər Xəbərlər
Xəbər Lenti
9 Yanvar 18:10 Çək və bizə göndər!